Bir oyunda 42 penalti!
21.02.2013 - 13:33
ABŞ-da məktəbli qızlar arasında keçirilən çempionatda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Kaliforniyada regional birinciliyin pley-off mərhələsində qalibi müəyyənləşdirmək üçün 42 penalti yerinə yetirilib.
Bu, “Redondo” və “Qreyt Ouk” komandalarının oyununda olub. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə nəticələnib.
Bundan sonra qızlar 42 penalti vurmaq məcburiyyətində qalıb. Hər şeyi “Qreyt Ouk”un qapıçısı Sara Viktorun rəqib yarımmüdafiəçi Canel De Kertisin zərbəsini qaytarmağı həll edib. Nəticədə Sara komandasına 20:19 hesabı ilə qələbə qazandırıb.

0
0