Fərid Quliyev: ... xal “Kəpəz”in nəyinə lazımdır - MÜSAHİBƏ
21.02.2013 - 13:54
“Kəpəz” klubunun hücumçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXI turunda qarşılaşacağınız AZAL-la matçın hazırlığı necə gedir?
- Həmişəki kimi hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdı. Çünki nəticə bizə çox vacibdi. Əsas problem normal toplanış keçməməyimizdir. Komandada yeni futbolçular var deyə, bəzi anlaşılmazlıqlar yaranır.
- Elə siz də komandaya çox gec qoşuldunuz...
- Gec qoşulsam da, 10 gündür məşq edirəm. Artıq 1 oyunda meydana çıxmışam. Məşqlərə vaxtında qatılsaydım, daha yaxşı olardı.
- AZAL ilk “altılıq” uğrunda mübarizə aparır, bəs “Kəpəz” nəyə ümid edir?
- Düzdü, kənardan baxanda deyə bilərlər ki, xal “Kəpəz”in nəyinə lazımdır. Amma cəmi 9 xalımız var. Bu səbəbdən aktivimizdəki xalların sayını artırmalıyıq. Oyuna gəlincə, var gücümüzlə mübarizə aparacağıq.
- Hazırkı vəziyyətdə oyuna köklənmək çətin olmur ki?
- Komandaya kömək etmək mənim borcumdur. Sadəcə, məni “Kəpəz”ə gec dəvət etdilər. Gördülər ki, “Turan”a qayıtmayacağam. Ona görə də, baş məşqçi Mahmud Qurbanov komandaya kömək etməyimi istədi.
- “Turan”dan ayrılan zaman iddialı komandaya keçəcəyinizi bildirmişdiz. Ancaq “Kəpəz” autsayderdir. Fikirlərinizlə reallıq niyə üst-üstə düşmədi?
- Çünki məni vaxtında buraxmadılar. Ona görə də xidmətimdə maraqlı olan həmin kluba keçə bilmədim. Baxdılar ki, mənim işim uzanır, başqa futbolçu aldılar. “Turan” rəhbərliyi qayıtmayacağımı bilib, məni buraxmağa razı oldu. Mövsümün sonuna qədər başqa klubda oynamağıma imkan yaratmalarını xahiş etdik.
- Kimdən xahiş etdiniz?
- “Turan” rəhbərliyindən. Dönməyəcəyimi dedim, qərarımda qəti olduğumu gördülər, “transfer pəncərəsi”nin bağlanmağına bir neçə saat qalmış razılıq verdilər.
- Bəs sizinlə hansı klub maraqlanırdı?
- Keçid baş tutmayıbsa, ad çəkməyin mənası yoxdur.
- Mövsümün əvvəlində də heç bir kluba lazım olmadınız və yekunda “Turan”a yollandınız. İlk 6 ayda oyununuzu tapdınız. Klub rəhbərliyi qalmağınızı istəyirdisə, niyə mövsümü sonuna qədər dözmədiniz?
- Açıqlamaq istəmədiyim səbəblərə görə.
- Paytaxtda yaşadığınızı nəzərə alsaq, “Kəpəz”in də Bakıya köçməsinin qərarınıza təsiri oldumu?
- Əlbəttə. Ancaq “Turan”dan buna görə ayrılmadım.
- Yeri gəlmişkən, yerli futbolçular arasında hələlik Premyer Liqanın sonuncu bombardiri sizsiniz. Hazırda çempionatda legionerlə “at oynadırlar”. Səbəbini nə ilə izah edə bilərsiniz?
- Bəli, yerli hücumçular arasında sonuncu dəfə bombardir mən olmuşam. Çünki əksər klublar legionerlərə güvənir. Öz uşaqlarımıza güvənsələr, vəziyyət dəyişər. Həm də yerli hücumçular da yetişmir. Ona görə də hücumçu qıtlığı var.
- Qabiliyyət baxımından bizimkilər legionerlərdən geri qalmır?
- Yerli futbolçulara inam azdır. Bir oyunda meydana buraxırlar, ikincidə ehtiyatda saxlayırlar. Hücum elə mövqedir ki, gərək daim oynayasan.

0
0