“Qalatasaray” 48 milyon “batırdı”
21.02.2013 - 16:42
“Qalatasaray” 48 milyon “batırdı”
Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi olan “Qalatasaray”ın “Şalke” (Almaniya) ilə İstanbulda keçirdiyi ilk 1/8 final oyunu pul qoyuluşu baxımından rekord qırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un qələbəsinə bukmeker kontorlarında qoyulan məbləğ matçın startına 10 dəqiqə qalmış 48 milyon avronu keçib.

Bu isə bir türk klubunun qalibiyyətinə oynanılan ən yüksək məbləğ olub. Ancaq ümidləri puça çıxaran “Qalatasaray” 1:1 hesablı heç-heçə edərək, çoxlarını maddi baxımdan ziyana salıb.