“Simurq” liderlə xal fərqini 5-ə endirdi
21.02.2013 - 17:41
“Simurq” liderlə xal fərqini 5-ə endirdi
Bu gün Topaz Premyer Liqası klublarının əvəzedici heyətlərinin ölkə birinciliyində XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə liderlər – “Bakı” ilə “Simurq” üzləşib. Zaqatalılar evdə qazandığı qələbə sayəsində paytaxt təmsilçisi ilə xal fərqini 5-ə endirib. “Qarabağ” səfərdə “Rəvan”ı məğlub etməklə 5-ci pillədəki mövqeyini möhkəmlədib.

21 fevral

“Rəvan” - “Qarabağ” – 1:3
Ceyhun Abdullayev, 29-pen - Toğrul Bilallı, 27, Tural İsgəndərov, 66, 77

“Simurq” - “Bakı” – 3:2
Rəşad Eyubov, 16, 85-pen, Roini İsmayılov, 30 - Vadim Abdullayev 37, Tural Qürbətov, 79