Səlahət Ağayev: Elə bildi onu söyürəm, üstümə gəldi – MÜSAHİBƏ
21.02.2013 - 18:00
Milli komandamızın və “Sumqayıt”ın qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- “Turan”la oyuna hazırlıqlar necə gedir? Komandadaxili ab-hava necədir?
- Hər şey əladır. Məşqlərimizi Bayılda davam etdiririk. Komandada yaxşı atmosfer hökm sürür.
- Ötən tur “Qarabağ”a böyük hesabla uduzdunuz. Bu üzdən ab-havanın necə olması ilə maraqlandıq...
- Bilirsiz, istəməzdik ki, “Qarabağ”a 0:3 hesabı ilə yenilək. Ən azından xal qazanmaq istəyirdik. Ancaq indi həmin qarşılaşmanı unutmuşuq. Axı “Qarabağ”la “Turan”ı da bir sıraya qoymaq olmaz. İndiki rəqibimiz daha asan yeniləsi komandadır. Bu üzdən komandada hamı qələbə qazanmaq üçün fikirlərini yönəldib.
- İlk “altılığ”a düşmək üçün hələ də nəzəri şanslarınız qalmaqdadır...
- Bunu bilirik. Biz də istəyirik ki, hər oyunda qələbə qazanıb şanslarımızdan maksimum yararlanaq.
- İlk “altılığ”a düşəcəyinizə ürəkdən inanırsız, yoxsa oyunlara elitada yerinizi qorumaq üçün çıxırsız?
- Ürəkdən inanırıq desək, yalan olar. Ancaq insanın ürəyində kiçik bir ümid hissi qalır. Hətta “Xəzər Lənkəran” növbəti turda uduzsa, “Bakı” isə qələbə qazana bilməsə, biz sonuncu tura da şanslarımızı saxlaya bilərik. Təbii ki, ilk növbədə “Turan”a qalib gəlməliyik.
- Tez-tez sizi doğma komandanızın oyununda görürük. Bu tur da 8-ci km qəsəbəsinə gedib “Neftçi” – “İnter” matçını tribunadan izləyəcəksiz?
- “İnter” mənim müqavilə ilə məxsus olduğum klubdur. Bu üzdən imkan daxilində bu komandanın da oyunlarını izləməyə çalışıram. Vaxt tapa bilsəm, həmin görüşə stadiondan baxmağa üstünlük verəcəm.
- Təbii ki, həmin qarşılaşmada “İnter”ə azarkeşlik edəcəksiz...
- Əlbəttə. Buna şübhə ola bilməz.
- “İnter”in ölkə çempionu olması sizin də yayda avrokuboklarda iştirak etməyiniz ehtimalını artıracaq...
- Düzdür, yayda yenidən “İnter”ə qayıdacam. Ancaq onda müqaviləm başa çatmış olacaq. Məni komandada saxlamaq istəsələr, ola bilər. Ancaq Georgi Lomaya kimi səviyyəli qapıçı olan yerdə mənim oynamağım az inandırıcı görünür.
- Yeri gəlmişkən, “Turan”la oyunun hazırlıqları zamanı dağıstanlı futbolçu Eldar Cankişiyevlə əlbəyaxa olduğunuz deyilir. Necə oldu ki, dalaşdız?
- Əslində orda əlbəyaxa, dava deyilən bir şey olmayıb. Sadəcə, mətbuat bunu şişirtdi. Görənlər bilir ki, orda şişirdiləsi bir şey baş verməyib. Eldar azərbaycanca heç nə bilmir, yalnız rus dilində danışır. Buna mən epizodlardan birində narazılığımı azərbaycanca çatdırdım. Eldar elə bildi onu söyürəm, başa düşmədiyi üçün üstümə gəldi. Ancaq futbolçular vaxtında müdaxilə edib aranı sakitləşdirdilər.
- Milliləşdirilsə də, Eldar dağıstanlı futbolçudur. Bəlkə də “Anji”dən icarəyə gələn yeni oyunçu olduğu üçün...
- Yox, bizdə elə bir şey ola bilməz. Yeni gələnlərlə qardaş kimiyik. Əslində, Eldarla da aram pis deyil. İlk gündən bu futbolçu kollektivdə özünü yaxşı tərəfdən göstərib. Sadəcə, dediyim kimi, aramızda anlaşılmazlıq baş verdi.
- Buna görə baş məşqçiniz Bernhard Raabın reaksiyası necə oldu?
- Mənimlə bu haqda söhbət etdi. Özü gördü ki, aramızda anlaşılmazlıq olub. Bu üzdən heç nə demədi. Hər hansı bir cəzadan söhbət gedə bilməz.
- Qarşıdan millinin oyunları gəlir. Dubay toplanışına siz də çağırılmışdız. Lüksemburq və Portuqaliya ilə görüşlərə sizin üçün dəvət gələcəyini gözləyirsiz?
- Vallah, nə deyə bilərəm ki. Bunu zaman göstərər...
Səbuhi TOFİQOĞLU

0
0