İtalyanlar “Barselona”nı təhqir etdi
21.02.2013 - 19:28
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın “Barselona” klubunu 2:0 hesabı ilə məğlub edən İtaliya “Milan”ı tərəfdarlarına böyük sevinc bəxş edib. Apasprot.az saytının məlumatına görə, qələbənin qeyd edilməsinə İtaliya mətbuatı da qoşulub. Appeninli həmkarlarımız hətta “Barselona”nı təhqir edəcək addım da atıb.
Belə ki, məşhur “Gazzetta dello Sport” “Milan”ın futbolçularının bu oyundakı əməyini qiymətləndirib. Həmkarlarımız qapıçı Kristian Abbyatini hər hansı qiymətə layiq bilməyib. Qapıçının qiymətsiz qalmağı ilə onun “Barselona” ilə matçda heç bir işinin olmadığı, rəqibin ona əziyyət vermədiyini göstərilib.
“Barsa”nın bombardiri olan Lionel Messi isə oyunda qapıya cəmi 2 zərbə vurmaqla öz antirekordunu yeniləyib. Belə ki, milanlıların zərərsizləşdirdiyi argentinalı hücumçu sonuncu dəfə bu turnirdə 2010-cu ilin dekabrında “Rubin”lə matçda bu göstəriciyə imza atmışdı.

0
0