Zaqreb tarixə şahidlik edəcək
21.02.2013 - 21:18
Zaqreb tarixə şahidlik edəcək
Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan Xorvatiya və Serbiya milli komandaları ilk dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün qrup mərhələsində mübarizə aparan tərəflərin qarşılaşacağı məkan müəyyənləşib. Mart ayının 22-də baş tutacaq matç Zaqreb şəhərinin “Maksimir” stadionunda keçiriləcək.

İki ölkə arasında keçmişə söykənən problemlər səbəbi ilə qarşılaşmanın öncə azarkeşsiz və ya fərqli bir ölkədə oynanılması düşünülmüşdür. Lakin sonradan sözügedən ölkənin futbol federasiyalarının rəhbərləri matçın stadionda azarkeşlərin açıq izləməsinə qərar veriblər.

Qeyd edək ki, Zaqrebdə keçiriləcək bu oyun üçün 24 min bilet satışa çıxarılacaq.