Abidaldan şad xəbər
21.02.2013 - 21:36
Abidaldan şad xəbər
Qaraciyərində olan şiş səbəbi ilə çətin günlər keçirən və karyerasını başa vurmaq həddinə çatan “Barselona”nın müdafiəçisi Erik Abidaldan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi mövsümün qalan oyunlarında Kataloniya klubunun formasını geyinməyə hazırdır.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2012-ci ilin aprel ayının 10-da əməliyyat olunmuşdu. Abidal sonuncu dəfə “Barselona”nın heyətində ötən il fevralın 26-da “Atletiko”ya qarşı meydana çıxıb.