Libertadores kubokunda bədbəxt hadisə baş verib
21.02.2013 - 23:10
Libertadores kubokunda bədbəxt hadisə baş verib
Libertadores kubokunun qrup mərhələsində qarşılaşan “San Xose” – “Korintians” matçında bədbəxt hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan oyunda ev sahiblərinin 14 yaşlı azarkeşi dünyasını dəyişib.

Kevin Beltran adlı azarkeşin ölümünə isə tribunalardan atılan məşəl səbəb olub. Qonaq komandanın azarkeşlərinin partlatdığı məşəlin gözünə dəyməsi nəticəsində xəstəxanaya aparılan gəncin həyatını, həkimlər tərəfindən xilas etmək mümkün olmayıb. Onlar bildirib ki, Beltranın ölümü həmin an məşəlin partladıldığı zaman baş verib.

Qeyd edək ki, Boliviya polisi hadisə ilə bağlı icra edilən istintaq nəticəsində bir qrup “Korintians” azarkeşini həbs edib.