“Simurq” hazırlıqlarına yekun vurub
22.02.2013 - 01:19
“Simurq” “Bakı” ilə oyunun hazırlıqlarını tamamlayıb. Apasport.az saytının məlumatına görə, axşam saatlarında son məşqinə çıxan Zaqatala klubu bir saatdan artıq davam edən çalışmalarda əsasən qısa ötürmələr üzərində verilən tapşırıqları yerinə yetirib. Sonda isə ikitərəfli oyunla hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Bakı”nı qonaq edəcək “Simurq”un heyətində hazırda heç bir itki yoxdur. Kapitan Rasim Ramaldanovun da komanda ilə birlikdə hazırlıqlarda iştirak etməsi məşqçilər korpusunun üzünü güldürüb.
Son üç görüşdə “Bakı”nın qapısına yol tapa bilməyən “Simurq” üçün bu qarşılaşma xüsusi önəm daşıyır. Yeni ildə qələbə qazana bilməyən komandamız paytaxt təmsilçisi ilə keçirəcəyi 14-cü dueldə turnir cədvəlindəki yerini möhkəmlətmək üçün mütləq qalib gəlməlidir. Zaqatala təmsilçisi doğma arenada “Bakı” ilə oynadığı son beş matçda qələbə üzünə həsrət qalıb. Bu baxımdan bakılılarla görüşdə pis gedişata son qoymağı qarşısına məqsəd qoyan “Simurq” bütün diqqətini bu matça yönəldib.
Qeyd edək ki, “Simurq” - “Bakı” matçı bu gün saat 17:00-da başlayacaq.

0
0