Avroliqada qan töküldü
22.02.2013 - 09:15
Avroliqada qan töküldü
Avroliqanın 1/16 final mərhələsində “Latsio” – “Borussiya” oyunundan öncə qan tökülüb. Apasport.az saytının məlumatına görə, Almaniya klubunun 3 azarkeşi Romada keçirilən cavab matçının startı ərəfəsində bıçaqlanıb. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə olmayıb.

Özü də hər 3 hücum müxtəlif yerlərdə və müxtəlif şəraitdə baş verib. İtaliya paytaxtına “Borussiya”nın 8 minə yaxın azarkeşi gəlib.

Qeyd edək ki, italyanlar evdə 2:0 hesabı ilə qalib gələrək, 1/8 finala çıxıb.