Aqil Nəbiyevin qolu avtoqol sayıldı
22.02.2013 - 09:45
Topaz Premyer Liqasının X turunda “Bakı” – AZAL oyununda vurulan ilk qol avtoqol kimi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 2:0 meydan sahiblərinin qalib gəldiyin matçın protokolunda 1-ci qolu Aqil Nəbiyevin vurduğu göstərilmişdi.
Ancaq oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun AZAL-ın oyunçusu Xuan Fransisko tərəfindən vurulduğu müəyyən olunub. Bununla bağlı oyun protokolunda müvafiq dəyişiklik edilib.
Qeyd edək ki, görüşü sabiq FİFA hakimi Vüsal Əliyev idarə edib.
Mənbə: pfl.az

0
0