Millimizin futbolçusu: Məqsədim Ronaldoya bənzəməkdir
22.02.2013 - 10:00
Millimizin futbolçusu: Məqsədim Ronaldoya bənzəməkdir
“Bundesliqa oyununda stadionda olmaq böyük bir hissdir. Kərim Haqqi kimi təcrübəli futbolçularla bir yerdə oynamaq həqiqətən də xüsusi bir şeydir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmir deyib.

Almaniyanın “Hannover” klubunda çıxış edən milliləşən legionerimiz Bundesliqadakı çıxışından danışıb. Ən böyük uğuru “Verder”lə qarşılaşmada ehtiyatda oturmaq olan Gökdəmir adının “18-liy”ə düşməsini də böyük addım sayır: “Onlardan hər gün yeni bir şey öyrənirsən. Mən çox fəxr edirəm ki, bu səviyyəyə qədər gəlib çatmışam. Şadam ki, Kriştianu Ronaldo kimi futbolçulara qarşı oynamaq imkanım oldu. Mənim məqsədim sadəcə onlara qarşı oynamaq deyil, onlara bənzəməkdir”.