Hakan Şükür futbolçularımızı ziyarət etdi
22.02.2013 - 10:10
Hakan Şükür futbolçularımızı ziyarət etdi
Azərbaycan millisinin sabiq futbolçuları Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor”u Türkiyə yığmasının və “Qalatasaray”ın canlı əfsanəsi Hakan Şükür ziyarət edib. Apasport.az saytının məlumatına görə, AKP partiyasının millət vəkili olan Şükür klubun bazasına gəlib.

“Hayata Ötürmə Ver” layihəsi çərçivəsində Dənizliyə gələn sabiq futbolçu “Dənizlispor” futbolçuları ilə söhbət edib və bu komandanın oyunlarını izlədiyini bildirib. Komandanın aşağı dəstədə mübarizə aparmamalı olduğunu bildirən ünlü veterana klubun şərfi verilib. Sonda isə xatirə fotoqrafı çəkilib.