AFFA rəhbərliyi Banişevskinin məzarını ziyarət edəcək
22.02.2013 - 14:51
Sabah Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 67-cı ildönümüdür. Apasport.az saytının məlumatına görə, bu münasibətlə AFFA rəhbərliyi Banişevskinin məzarını ziyarət edəcək. Fəxri xiyabana sabah saat 11:00-da yollanacaq AFFA nümayəndələri futbolçunun abidəsinin önünə əklil və gül dəstələri qoyacaq, onunla bağlı xatirələrini yada salacaqlar. Mərasimdə futbol uctimaiyyətinin nümayəndələri, veteran futbolçular da iştirak edəcək.
0
0