Rəşad Sadiqov: Hamımız 1-ci yer üçün darıxmışıq
22.02.2013 - 16:20
Rəşad Sadiqov: Hamımız 1-ci yer üçün darıxmışıq
“Bu oyunda qələbə bizim üçün çox vacibdir. Çünki qalib gələcəyimiz halda liderliyə yüksələcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

Paytaxt təmsilçisinin kapitanı Topaz Premyer Liqasının XXI turunun “İnter”lə oyunu haqda fikirlərini açıqlayıb. Sadiqov qarşılaşma ərəfəsində baş tutan mətbuat konfransında qələbə iddialarını açıqlayıb: “Klubumuzda hamı – rəhbərlikdən tutmuş futbolçularadək 1-ci yer üçün darıxmışıq. Başa düşürük ki, “İnter”i məğlub etmək asan olmayacaq. Rəqibimiz yaxşı müdafiə olunmağı bacaran. əks-hücumlarda bacarıqlı olan komandadır. Onlar da bizim kimi komanda oyununa üstünlük verirlər. Bu matçda qələbə qazamaq üçün əlimizdən gələni edəcəyik. Lakin “Neftçi”dən fərqli “İnter”in fərdi oyuna üstünlük verən futbolçularını barmaqla saymaq olar. Onların heyətində ən diqqət çəkən Georgi Adamiyadır ki, qarşıdakı matçda iştirak edə bilməyəcək”.
0