“İnter”ə qol vurmaq çətindir”
22.02.2013 - 16:37
“Bu qarşılaşmada uduzmaq “İnter”lə müqayisədə bizə daha ağır olacaq. Çünki biz qalib gəlsək, rəqibimiz cəmi 1 xal geridə qalacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Flavinyo deyib.
Paytaxt təmsilçisinin yarımmüdafiəçisi Topaz Premyer Liqasının XXI turunun “İnter”lə oyunu haqda fikirlərini açıqlayıb. Flavinyo qarşılaşma ərəfəsində baş tutan mətbuat konfransında qələbə iddialarını açıqlayıb: “Biz isə uduzsaq liderdən 5 xal geridə olacağıq. İlk “altılığ”a – final mərhələsinə lider kimi başlamaq istəyirik. “İnter” yaxşı müdafiə olunduğundan bu komandaya qol vurmaq çətindir. Rəqibin heyətində daha çox 11 nömrəli futbolçu – Asif Məmmədovun oyunu xoşuma gəlir”.
Braziliyalı vaxtilə rəqib müdafiəçilər Novruz Məmmədov və Elnur Allahverdiyevlə mübarizələr zamanı kobudluqla üzləşib. Flavinyonun sözlərinə görə, Elnurun problemi onunla yox, futbolla bağlıdır:“Mənin heç bir futbolçu ilə problemim olmayıb. “İnter“lə matçlarda kobudluqla üzləşməmişəm və ona qarşı oynamaq xoşdur. Bu komanda rəqibə oynamağa imkan verir“.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu sabah keçiriləcək.

0
0