“Rəvan” sübut etdi ki...”
22.02.2013 - 17:19
“Rəvan” sübut etdi ki...”
Bakının “Rəvan” klubunun baş məşqçisi Ramil Əliyev yetirmələrinin Topaz Premyer liqasının XXI turunun “Qarabağ”la oyunundan razı qalıb.

Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı 2:3 hesabı ilə uduzduqları oyunun mətbuat konfransında komandasını tərifləyib: “Rəvan” “Qarabağ”a qarşı oyunu ilə sübut etdi ki, komandamız ilk “altılığ”a layiqdir.

İlk 6 pillədə qərarlaşan komandaya layiq bir oyun göstərdik. Ümumilikdə qarşılaşma da maraqlı alındı. Qarşılaşmaya itkilərlə çıxmışdıq. Buna baxmayaraq futbolçular etimadımı doğruldaraq məğlub durumda olduğumuz görüşdə toparlandıq. İndi əsas hədəfimiz kubokdur”.