“Belə səhvlər etməməliyik”
22.02.2013 - 17:33
“Oyunun əvvəlində 2 qol vurmaq o qədər də çətin olmadı. Lakin sonradan öz səhvimizdən 2 qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Rəvan”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Belə səhvlər etməməliyik. Qarşıdakı oyunlara daha ciddi yanaşıb səhvsiz oynamalıyıq. Yaxşı ki, əlavə edilmiş dəqiqələrdə qol vurduq, çox vacib 3 xal qazandıq”.
Qeyd edək ki, “Qarabağ” “Rəvan”la səfər oyununda 3:2 hesabı ilə qalib gəlib.

0
0