Rəfiqəsini öldürən atlet azadlığa buraxıldı
22.02.2013 - 23:58
Sevgilisi Reva Stenkampı bilmədən öldürdükdən sonra “hazırlayaraq adam öldürmək” cinayəti ilə mühakimə olunan və məhkəməyə çıxardılan cənubi afrikalı məşhur əlil atlet Oskar Pistorius azadlığa buraxılıb. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarının iştirakçısı 113 min dollar pul cəzası verərək sərbəst buraxılıb.
Lakin onun işinə iyunun 4-də yenidən baxılacaq. Bu müddətə qədər Pistoriusun silahları və sənədləri əlindən alınıb. Məhkəmə başa çatana qədər evinə getməsinə və hadisənin şahidləri ilə görüşməsinə qadağan qoyulub. Həmçinin Oskar həftədə 2 dəfə polisə hesabat verəcək və spirtli içkidən istifadə edə bilməyəcək.
Qeyd edək ki, Pistorius rəfiqəsini “sevgililər günü”nə hədiyyə olaraq ona sürpriz etmək niyyəti ilə Stenkampı öldürmüşdür. Belə ki, atlet onu oğru hesab edərək tanımadan atəş açdığını iddia etmişdir.

0
0