“Yuventus” La Liqadan daha bir futbolçunu transfer edir
23.02.2013 - 01:24
“Yuventus” gələcək mövsüm üçün heyətini “Barselona”nın hücumçusu Aleksis Sançeslə gücləndirmək niyyətindədir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Qoca Sinyora”nın rəhbərliyi çilili futbolçunu ilə artıq danışıqlara başlayıb.
“Yuventus” Sançesin həmvətəni Arturo Vidal vasitəsi ilə onu razı etməyə çalışır. İtalyanlar Aleksisə görə Kataloniya klubuna 27 milyon avro təzminat haqqı verməyi planlaşdırır.
Qeyd edək ki, daha öncə A seriyasında “Udineze”nin şərəfini qoruyan Sançes “Barselona”nın heyətində 70 matçda forma geyinib və rəqib qapılarından 19 qol keçirib.

0
0