“Rumıniyada futbolun daha güclü olduğunu bilirəm”
23.02.2013 - 02:40
“Mən Rumıniyada futbolun Moldovaya nisbətən daha açıq-aydın, daha güclü olduğunu bilirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü və “Petrolul”un yeni transferi Elhad Nəziri deyib. O, yeni komandasında ictimaətə təqdim edildiyi zaman təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.
Rumıniya klub ilə 3,5 illik müqavilə imzalayan təmsilçimiz bunları ifadə edib: “Komandanın məqsədlərinə nail olmaq üçün mən hər şey edəcəyəm. Bu klubla 3,5 illik müqavilə imzalamışam və bu vaxt ərzində, rumınlara aid nə varsa, hər şeyi tez öyrənmək istəyirəm”.

0
0