“Qaziantepspor”dan əzmkar qələbə
23.02.2013 - 03:49
“Qaziantepspor”dan əzmkar qələbə
Türkiyə Superliqasında 23-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.

“Qaziantepspor” doğma publika önündə “Bursaspor”la üz-üzə gəlib. Bu matçda azarkeşlər 3 qola şahidlik edib. Görüş ev sahiblərinin 2:1 hesablı xeyrinə tamamlanıb.

Qeyd edək ki, Türkiyə Superliqasında 23-cü tura fevralın 25-də “Qalatasaray” - “Orduspor” qarşılaşması ilə yekun vurulacaq.


Türkiyə Superliqası

23-cü tur

22 fevral

“Qaziantepspor” - “Bursaspor” - 2:1
Sernas, 27, Tosun, 78-pen - Batalya, 38

23 fevral

“İstanbul BB” “Əskişəhərspor”
“Elazığspor” - “Antalyaspor”
“Mersin İdmanyurdu” - “Trabzonspor”
“Sivasspor” - “Beşiktaş”

24 fevral

“Kayserispor” - “Gənclərbirliyi”
“Fənərbaxça” - “Kasımpaşa”
“Karabükspor” - “Akhisar BS”

25 fevral

“Qalatasaray” - “Orduspor”