Məsut Özilin müraciəti
23.02.2013 - 05:54
Məsut Özilin müraciəti
“Real”ın türk əsilli futbolçusu Məsud Özil azarkeşlərə müraciət edib. Apasport.az saytının məlumatına görə, Almaniya yığma komandasının üzvü müğənni sevgilisi Mandi Qres Kapristonun “Echo” müsabiqəsində “Ən yaxşı kilp” mükafatını qazanması üçün onu sevənlərdən səs istəyib.

Belə ki, “Kral klubu”nun yarımmüdafiəçisi azarkeşlərinə və onu sevənlərə “Twitter” sosial şəbəkəsindən səslənib: “Mümkünsə Mandi Kapristonu dəstəkləyin və internetdən səs verin. İndidən ürəkdən dəstəyiniz üçün təşəkkür edirəm” – deyə, Məsud, bildirib.