Jurnalistlər Roberto Mançinini qəzəbləndirdi
23.02.2013 - 06:15
Jurnalistlər Roberto Mançinini qəzəbləndirdi
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançinini mətbuat konfransında jurnalistlər bərk əsəbiləşdirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis KİV nümayəndələrinin onun gələcək karyerası ilə bağlı verdiyi suallardan sonra qəzəblənib.

Gənc çalışdırıcını özündən çıxaran isə “Malaqa”nın baş məşqçisi Manuel Palleqrinin onunla əvəz olunacağı sual olub: “Daha nələr! Bu suallara mən hər həftə cavab verəsi deyiləm. Qarşıda hələ daha 2 ay var və bu müddətdə işləri dəyişdirə bilərik. Üstəlik “Mançester Siti” niyə məşqçisini dəyişdirsin? Hansı səbəbə görə? Son 18-20 ayda Federasiya Kuboku da daxil olmaqla, 7 kubokun 3-ünü qazandıq. Niyə göndərsinlər ki, məni? Bundan başqa mən nə prezidentəm, nə də direktoram. Bu iddiaları gedin onlardan soruşun”.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında lider “Mançester Yunayted”dən 12 geri qalır.