Nəzirinin komandası üçün şad xəbərlər
23.02.2013 - 11:37
Nəzirinin komandası üçün şad xəbərlər
Milli komandamızın üzvü Elhad Nəzirinin yenicə müqavilə bağladığı Rumıniyanın “Petrolul” klubu “Otselul”la oyun öncəsi 2 şad xəbər alıb. Apasport.az saytının məlumatına görə, bunlardan birincisi klubun yeni transferi Qualberto Moxikanın Boliviya Futbol Federasiyasından “Yaşıl kart” deyilən sənədinin gəlib çıxmasıdır.

Bu isə o deməkdir ki, boliviyalı hücumameylli yarımmüdafiəçi sabah Qalats klubuna qarşı forma geyə bilər. İkinci şad xəbər isə klub rəhbərliyinin əhval-ruhiyyəni qaldırmaq üçün bütün futbolçulara maaşlarını verməsidir.

Qeyd edək ki, “Petrolul”un futbolçuları 2 aydan çox idi ki, maaş ala bilmirdi.