Cavid İmamverdiyev: Uduzsaq da, irəli baxmalıyıq - MÜSAHİBƏ
23.02.2013 - 12:08
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi
- Bu gün baş tutacaq “İnter”lə oyuna nə dərəcədə hazırsınız?
- Komandada atmosfer yüksək səviyyədədir. Uduzmaq istəmirik. Birinci yerə yüksəlmək istəyirik. Lider olsaq, əhval-ruhiyyəmiz bir qədər də yüksələr. Onları udacağımıza inanıram.
- Hücumameyilli yarımmüdafiəçi kimi oynayırsan. Rəqib müdafiəsini yarmaq “Neftçi”yə nə dərəcədə müvəffəq olacaq?
- “İnter” güclü komandadır. Az top buraxıblar. Ancaq bizə də 3 xal lazımdır. Bu dəfə rəngarəng oynayacağıq. Yəni eyni üslubda oynamayacağıq. Müxtəlif həmlələr edəcəyik. Cinahlardan, mərkəzdən zərbələrlə qol vurmağa çalışacağıq.
- “İnter”in hansı xəttini təhlükəli hesab edirsiniz?
- Məncə, onların ən təhlükəli xətti yarımmüdafiədir. Orxa xətdə Slavço Georgiyevski, İbrahim Niasse kimi səviyyəli futbolçular yer alıb.
- Hücum xəttindən çəkinmirsiniz?
- Hücum xəttləri də güclüdür. Ancaq mən yarımmüdafiəni xüsusilə fərqləndirmək istərdim.
- Bu günkü oyun həm da “Bakcell Arena”da ilk matç olacaq. Yəqin ki stadionda azarkeşlərin sayı da artacaq...
- Yaxşı olardı ki, stadion dolu olsun. Belə olanda futbolçular da həvəslə oynayırlar. Çünki bizi izləyənlər olur. Bunun özü əlavə üstünlükdür.
- Əgər “Neftçi” uduzsa, çempionluq yolunda ağır yara alacağını düşünmək olarmı?
- Futbolda hər şey olur. Uduzsaq da, irəli baxmalıyıq. Ancaq çempion olmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq.
- Bəs oyunda hansısa sürpriz gözləməyə dəyərmi?
- Bu haqda baş məşqçi məlumat verə bilər. Hər halda, gözləməyə dəyər.
- İlk “altılıq”da mübarizə aparacaq 4 komandanın adı dəqiqləşib. Qalan iki vəsiqə uğrunda gərgin mübarizə gedir. “Neftçi” üçün həmin 4 komandadan hansıların vəsiqə qazanması məqbul hesab edilə bilər?
- Məncə, ən layiqlisi AZAL-dır. Onların oyunu xoşuma gəlir. AZAL fərqli futbol nümayiş etdirir.
- Bəlkə “Neftçi” hər iki oyunda onları məğlub edib, ona görə məhz AZAL-ın adını çəkirsiniz?
- Bu da ola bilər. Ancaq sualınıza uyğun cavab verdim. Həm də AZAL-ın hücum xəttində Zohair, Nildo kimi güclü futbolçular çıxış edir.

0
0