Nəzirinin yerinə mərakeşli müdafiəçi
23.02.2013 - 15:16
Nəzirinin yerinə mərakeşli müdafiəçi
Moldovanın “Milsami” klubu “Petrolul”a keçən Elhad Nəzirinin yerini mərakeşli futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Orhey klubu boş qalmış müdafiənin mərkəzinə komandada yanvardan baxışda olan Adil Railini transfer edib.

21 yaşlı futbolçu Mərakeşin gənclər yığmasının üzvüdür. O, ölkəsinin “Raca” klubundan gəlib.