“Bakcell Arena”nın adının açılış mərasimi oldu
23.02.2013 - 17:25
Bu gün Bakının 8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”nın adını əks etdirən lövhənin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Bakcell”in baş icraçı direktoru Riçard Şirer iştirak edib.
Əvvəlcə hər 2 şəxs açılış nitqi ilə çıxış edib. AFFA prezidenti bu stadionun ölkəmizin ən yaxşı arenalarından biri olduğunu vurğulayıb: “Ötən il 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları bu stadionda keçirildi. İndi isə ölkə çempionatının matçları burda baş tutur. Sevindirici haldır ki, artıq yerli şirkətlər futbol sektoruna maraq ayırır. Bu stadionun adı üçün tender elan edəndə “Bakcell” qalib gəldi. İnanırıq ki, gələcəkdə başqa şirkətlər də futbol sektoruna sərmayə yatırmağa çalışacaq”.
“Bakcell” şirkətinin rəsmisi isə AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib: “Şadıq ki, AFFA ilə əməkdaşlıq edirik. Biz bunun bəhrəsini ötən il gördük. Çünki ölkənizdə keçirilən mundialda AFFA-nın partnyorlarından biri də biz idik. Hazırda “Neftçi” Azərbaycanın ən güclü klublarından biridir. Sevinirik ki, məhz bu komanda bizim şirkətin adını daşıyan stadionda ev oyunlarını keçirir”.
Açılış nitqindən sonra hər iki şəxs “Bakcell Arena”nın adını əks etdirən lövhənin üzərindən ağ parçanı götürüb. Bununla da stadionun adı rəsmiləşib.
Qeyd edək ki, hazırda bu arenada turun mərkəzi görüşü – “Neftçi” – “İnter” oyunu gedir. İyunun 7-də isə milli komandamız Lüksemburq yığması ilə seçmə mərhələ oyununu burda keçirəcək.

0
0