“AZAL-a da qalib gəlib ilk “altılığ”a özünəəmin şəkildə başlamaq istəyirik”
23.02.2013 - 19:38
“AZAL-a da qalib gəlib ilk “altılığ”a özünəəmin şəkildə başlamaq istəyirik”
“Komanda verdiyim tapşırıqların hamısını yerinə yetirdi. Qələbəyə görə futbolçularıma minnətdaram. Hamını təbrik edirəm. Bundan sonra qarşıdakı AZAL ilə oyunu fikirləşəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

“Xəzər Lənkəran”la oyundan sonra keçirilən mətbuat konfransında milli komandamızın sabiq futbolçusu qısa danışıb. O, avrokuboklarda oynamaq istədiklərini bir daha dilə gətirib: “Futbolçularımdan 100 faiz razı qaldım. Son turda AZAL-a da qalib gəlib ilk “altılığ”a özünəəmin şəkildə başlamaq istəyirik. “Xəzər Lənkəran”a isə uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün keçirilən “Qəbələ” – “Xəzər Lənkəran” oyununda meydan sahibləri fransız hücumçu Yannik Kamananın dublu sayəsində qələbə qazanıb. Bununla da, “Qəbələ” ilk “altılıq”da olmasını rəsmiləşdirib.