Sumqayıtda 8 qol vuruldu
23.02.2013 - 19:58
Sumqayıtda 8 qol vuruldu
Əvəzedici heyətlərin ölkə çempionatında 21-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin autsayderləri olan “Sumqayıt” və “Turan”ın qarşılaşmasında qapılara 8 qol vurulub. Maraqlıdır ki, meydan sahibləri hesabda 4:0 öndə olsalar da, 67-ci dəqiqədən etibarən qapılarından 4 top buraxıb.

“Sumqayıt” - “Turan” - 4:4
Eldar Cankişiyev, 4; 57; Ruslan Nəsirli, 10; 21 - Cəlal Cəlalzadə, 65; Vasif Rzayev, 67; Elmixan Məmmədov, 70; Eltay Tağıyev, 90+3