Kaxaber Sxadadze “Neftçi”dən zəif oynadıqlarını etiraf etdi
23.02.2013 - 20:15
Kaxaber Sxadadze “Neftçi”dən zəif oynadıqlarını etiraf etdi
“Neftçi” bizdən bir baş üstün oynadı, qələbəyə layiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. O, bu gün baş tutan Topaz Premyer Liqasının XXI turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

Gürcüstanlı mütəxəssis komandasının oyununun alınmamasını ifadə edib: “Futbolçularım məni məyus etdi. Səhvlərimiz üzərində çalışmalıyıq, oyunumuzu təhlil etməliyik. Belə bərbad oyun məni məyus edir. Bəzən 2-3 futbolçunun oyunu alınmır. Amma bu gün bütün komandamın oyunu alınmadı. Fomenkonu da buna görə tez əvəz etdim”.