“Neftçi” bütün rəqiblərini təkbətək döyəcək”
23.02.2013 - 20:22
“Biz dedik və elədik. “Neftçi” bütün rəqiblərini təkbətək döyəcək. Oyundan çox məşqi xatırladırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”in baş məşqçisi Böyükağa Hacıyev səsləndirib. O, bu gün baş tutan Topaz Premyer Liqasının XXI turunda “İnter”lə (2:0) qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli çalışdırıcı komandasının oyun intizamından razı qaldığını bildirib: “90 dəqiqə ərzində “İnter”in 1-2 qol epizodu oldu. Turnir cədvəlində ədalət öz yerini tapdı. Altılıq oyunlarında komandam özünün pik nöqtəsinə çatacaq. “İnter” çempionluğa oynayan komandadı, bir az da olsa təzyiqini hiss etməliydik oyunda. Amma bunu görmədik. Komandamda oyun intizamı yaxşı idi, rəqibə boş zona vermədik”.

0
0