Vaqif Sadıqov: “Qəbələ” ilə qarşıdakı matçı düşünəcəyik
23.02.2013 - 21:24
Vaqif Sadıqov: “Qəbələ” ilə qarşıdakı matçı düşünəcəyik
“Kəpəz”in güclü müqavimət göstərəcəyini bilirdik, komandanı buna hazırlamışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. O, Topaz Premyer Liqasının XXI turunda “Kəpəz”lə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

Təcrübəli mütəxəssis artıq bu oyunu unudub “Qəbələ” ilə qarşıdakı matçı düşünəcəklərini vurğulayıb: “Oyunu əks-hücumlardan qurub üç qol vurduq. Artıq bu oyunu unudub “Qəbələ” ilə qarşıdakı oyunu düşünəcəyik. Altılıq şansımız davam edir, “Qəbələ” ilə oyunda son dəqiqəyədək mübarizə aparacağıq”.