“Simurq “Neftçi” ilə oyunun hazırlıqlarına başlanıldı - FOTOSESSİYA
23.02.2013 - 22:21
“Simurq “Neftçi” ilə oyunun hazırlıqlarına başlanıldı - FOTOSESSİYA
Topaz Premyer Liqasının XXI turu çərçivəsində ötən gün “Bakı” ilə doğma arenada qolsuz heç-heçə edən “Simurq” hazırlıqlara ara vermədən start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi”ni qonaq edəcək Zaqatala təmsilçisi bu gün bir məşqə çıxıb.

Paytaxt təmsilçisi ilə görüşdə zədə səbəbindən forma geyinə bilməyən kapitan Rasim Ramaldanov, artıq komanda ilə birlikdə çalışmalara başlayıb. Stepan Polyak isə zədəsini tam sağalda bilmədiyindən bugündə istirahət edib.

Səhər saatlarında baş tutan hazırlığda futbolçular iki qrupa bölünüb. Start heyətdə meydana çıxan oyunçular uzun məsafəli qaçışdan sonra isinmə hərəkətləri ilə məşqi tamamlayıb. Digərləri isə onlardan fərqli olaraq iki qrupa bölünərək “kvadrat” oynayıb. Sonda isə ikitərəfli oyunla məşqi tamamlayaraq istirahətə çəkiliblər.