“Mançester Yunayted”lə “Arsenal” azarkeşlərini sevindirdi
24.02.2013 - 00:33
“Mançester Yunayted”lə “Arsenal” azarkeşlərini sevindirdi
İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə altı qarşılaşma baş tutub.

“Arsenal” doğma azarkeşləri önündə “Aston Villa” ilə üz-üzə gəlib. Matç ev sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.


KPR-in qonağı olan lider “Mançester Yunayted”də azarkeşlərini sevindirib. Hər hissədə bir dəfə fərqlənən Aleks Ferqyussonun yetirmələri meydandan 2:0 hesablı qalib ayrılıb.

Digər görüşlərdə isə “Fulhem” “Stok Siti”ni, “Norviç” “Everton”u, “Viqan” “Ridinq”i, “Vest Bromviç” “Sanderlend”i üstələyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına fevralın 25-də “Vest Hem” - “Tottenhem” matçı ilə yekun vurulacaq.


İngiltərə Premyer Liqası

27-ci tur

23 fevral

“Fulhem” - “Stok Siti” - 1:0
Berbatov, 45

“Arsenal” - “Aston Villa” - 2:1
Kasorla, 6; 85 - Veymann, 68

“Norviç” - “Everton” - 2:1
Kamara, 84, Holt, 90 - Osman, 39

KPR - “Mançester Yunayted” - 0:2
Silva, 23, Giqqz, 80

“Ridinq” - “Viqan” - 0:3
Kone, 44; 45, Fiqueyra, 48

“Vest Bromviç” - “Sanderlend” - 2:1
Lukaku, 35-pen; 75 - Sesseqnon, 80

24 fevral

“Mançester Siti” - “Çelsi”
“Nyukasl” - “Sauthemton”

25 fevral

“Vest Hem” - “Tottenhem”