KPR-lə qarşılaşma Giqqz üçün əlamətdar olub
24.02.2013 - 03:56
KPR-lə qarşılaşma Giqqz üçün əlamətdar olub
İngiltərə Premyer Liqasının 27-ci turunda üz-üzə gələn KPR-lə “Mançester Yunayted” matçı “qırmızı şeytanlar”ın təcrübəli futbolçusu Rayan Giqqz üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının 39 yaşlı sabiq üzvü həmin qarşılaşmada karyerasının 999-cu oyununu keçirib. Həmçinin o, görüşdə fərqlənməklə də yadda qalıb.

Belə ki, 999-cu matçına meydana start heyətdə çıxan Giqqz 80-ci dəqiqədə ev sahiblərini cəzalandırıb. Rayanın vurduğu qol “Mançester Yunayted”in 2:0 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, Giqqz növbəti oyunda 1000-ci yubiley oyununu keçirə bilər.