“El Klassiko” öncəsi hər iki komanda sevindi
24.02.2013 - 05:50
“El Klassiko” öncəsi hər iki komanda sevindi
İspaniya La Liqasında 25-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma baş tutub.

Madrid “Real”ı səfərdə “Deportivo”nun qonağı olub. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan “Kral klubu” ikinci yarıda meydan sahiblərinin müqavimətini qırmağı bacarıb - 1:2.

Gələn həftə Kral kubokunun yarımfinal mərhələsində “Real”la üz-üzə gələcək “Barselona”da turu qələbə ilə başa vurub. Kataloniya təmsilçisi də əzəli rəqibi kimi fasiləyə əvvəlcə 1:0 hesablı məğlubiyyətlə yollanıb. İkinci hissə də isə meydana daxil olan David Vilya hesaba tarazlıq gətirib. Ardınca isə oyunun 60-cı dəqiqəsində Lionel Messi komandasının qələbə qolunu vurub – 2:1.

Beləliklə, “El Klassiko” öncəsi hər iki klub meydandan 3 xalla ayrılıb.

Qeyd edək ki, İspaniya La Liqasında 25-ci turun oyunlarına fevralın 25-də “Levante” – “Osasuna” matçı ilə yekun vurulacaq.


İspaniya La Liqası

25-ci tur

22 fevral

“Atletik” – “Real Socyedad” - 1:3
Qomes, 30 - Qriezman, 35, Aqirretxe, 67, Vela, 76

23 fevral

“Malyorka” – “Qetafe” - 1:3
Dos Santos, 24 - Kastro, 71-pen, Kolunqa, 82; 86

“Saraqoza” – “Valensiya” - 2:2
Apono, 5-pen, Poştiqa, 32 - Yonas, 36; 69

“Deportivo” – “Real” - 1:2(Madrid)
Riki, 35 - Kaka, 73, İquayn, 88

“Barselona” – “Sevilya” - 2:1
Vilya, 52, Messi, 60 - Botia, 42

24 fevral

“Rayo Vallekano” – “Valyadolid”
“Selta” – “Qranada”
“Atletiko” – “Espanyol”
“Betis” – “Malaqa”

25 fevral

“Levante” – “Osasuna”