Lionel Messinin növbəti rekordu
24.02.2013 - 06:49
Argentina milli komandasının üzvü və “Barselona”nın futbolçusu Lionel Messi yenidən La Liqanın tarixinə adını yazdırıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun hücumçusu İspaniya çempionatının 25-ci turunda “Sevilya” ilə qarşılaşmanın 60-cı dəqiqəsində fərqlənərək yeni bir rekord müəyyənləşdirib.
Belə ki, Messi La Liqada ardıcıl 15-ci dəfə rəqib qapıçılarını məyus etmiş olub.
Qeyd edək ki, İspaniya çempionatında Lioneldən əvvəl bu rekord Braziliyanın əfsanəvi futbolçusu Ronaldoya məxsusdur. Veteran forvard 1996-1997-ci il mövsümündə ardıcıl 10 matçda fərqlənmişdir.

0
0