Millimizin hücumçusu Rusiya klublarının hədəfində
26.02.2013 - 09:27
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Bayram Budaqov karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan gənc hücumçu bir neçə Rusiya klubunun maraq dairəsinə düşüb.
Gənc futbolçu şimallıların diqqətini Avropa çempionatının seçmə mərhələsinin oyunları zamanı cəlb edib. 3 oyunda 2 qol vuran Bayram İslandiya və Xorvatiyanı məyus etməklə rusiyalıların diqqət mərkəzinə düşüb.
Bu ilin yayında “Dnepr”lə müqaviləsi başa çatacaq futbolçu cari mövsüm əvəzedicilərin çempionatında 8 oyuna 1 qol vurub. Eyni zamanda U-19-ların çempionatında da çıxış edən forvard 2 qarşılaşmada 1 dəfə fərqlənib

0
0