Azərbaycan çempionu yığmamızın futbolçusunun yanına getdi
26.02.2013 - 10:07
Azərbaycan çempionu yığmamızın futbolçusunun yanına getdi
Azərbaycan milli komandasının futbolçusu David Qarayevin şərəfini qoruduğu Rusiyanın “OİK-Energiya” klubu növbəti transferlərini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, U-19-un milliləşən yarımmüdafiəçisinin komandası ölkəmizdə çıxış etmiş futbolçu ilə güclənib. Bu, vaxtilə “İnter”də çıxış etmiş Georgi Navalovskidir. 26 yaşlı müdafiəçi Xabarovsk təmsilçisi ilə anlaşıb.

Qeyd edək ki, 2010-cu ilin ilk yarısında Bakının “İnter” klubunda çıxış edən Navalovski bu komanda ilə Azərbaycan çempionu titulunu qazanıb.