İddialıların oyunlarının vaxtı müəyyənləşdi
26.02.2013 - 10:47
İddialıların oyunlarının vaxtı müəyyənləşdi
Topaz Premyer Liqasının təsnifat mərhələsinə martın 3-də yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, həmin gün baş tutacaq XXII turun oyunlarının avxtı və yeri açıqlanıb. İlk “altılığ”a iddialı olan 3 komanda – “Bakı”, “Xəzər Lənkəran” və AZAL-ın ev matçları eyni saatda başlayacaq. Təsnifat mərhələsinin son matçında isə “Neftçi” “Turan”ın qonağı olacaq.

03 mart (bazar)

14:00. “Kəpəz” – “Simurq”
Dalğa Arena stadionu

15:00. “Bakı” – “Rəvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Lənkəran şəhər stadionu

15:00. AZAL – “Qəbələ”
AZAL Arena stadionu

17:00. “Qarabağ” – “İnter”
T.Bəhramov adına Respublika stadionu

18:00. “Turan” – “Neftçi”
Dalğa Arena stadionu

Mənbə: pfl.az