İlin ilk istefası
26.02.2013 - 12:09
 İlin ilk istefası
“Xəzər Lənkəran”ın baş məşqçi postundan ayrılan Karles Bakes Topaz Premyer Liqasının cari mövsümündə istefası reallaşan 8-ci çalışdırıcı olub. Apasport.az saytının məlumatına görə, ispaniyalı 2013-cü ildə postundan ayrılan ilk mütəxəssis olub.

Mövsümün digər 7 istefası isə çempionatın 2012-ci ilə aid hissəsində gerçəkləşmişdi. Bakesə qədər 3 yerli və 4 əcnəbi postundan qovulmuşdu.

Türkiyəlilər Cevat Gülərlə (“Rəvan”) Fatih Kavlak (“Qəbələ”), bosniya və herseqovinalı Kemal Alispahiç (“Rəvan”), habelə yerli mütəxəssislər - Fuad İsmayılovla (“Kəpəz”) Əsgər Abdullayev (“Turan”), Bəhmən Həsənov (“Rəvan”), Yunis Hüseynov (“Xəzər Lənkəran”) mövsümün ilk 18 turunda postundan kənarlaşdırılmışdı. 8 istefadan 3-ü “Rəvan”da, 2-si “Xəzər Lənkəran”da gerçəkləşib. Digər 3 məşqçi dəyişikliyi “Qəbələ”, “Kəpəz” və “Turan”da baş verib.

Qeyd edək ki, Topaz Premyer Liqasının startı ərəfəsində də 1 istefa gerçəkləşmişdi. Novruz Əzimov “Bakı”dan ayrılmışdı.