“Elçin Məmmədov yaxın məsafədən bunu görməyibsə...“
26.02.2013 - 14:11
“Elçin Məmmədov yaxın məsafədən bunu görməyibsə...“
“Qarabağ”la oyunda topun İlqar Qurbanovun əlinə dəyməsi epizodu 100 faizlik penalti idi. Onu verməmək günahdır”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın yarımmüdafiəçisi Ramazan Abbasov deyib.

30 yaşlı futbolçu Topaz Premyer Liqasının ötən turunda “Qarabağ“la oyunda baş hakim Elçin Məmmədovun aşkar penaltini verməməsini başa düşə bilmir: “Baş hakim yaxın məsafədən bunu görməyibsə, deməli, burda qərəz var. Bunun başqa adı yoxdur. Həvəskar azarkeşdən də soruşsaz, o da deyər ki, orda 11 metrlik nöqtə göstərilməliydi. Məni narahat edən isə onun təcrübəli olmasıdır. Bu cür təcrübəsi olan referi haqlı penaltimizə göz yumur. Gənc hakim olsaydı, bunu anlamaq olardı”.

Qeyd edək ki, “Rəvan” “Qarabağ”a əlavə dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə uduzaraq ilk “altılıq” şanslarından məhrum olub.

Səbuhi TOFİQOĞLU