“Qəbələ” – “Xəzər Lənkəran” oyununda 7000 manat cərimə
26.02.2013 - 15:08
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar da çıxarılıb.
“Bakı” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Simurq” 1000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Bakı”nın futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sındırıb. Buna görə də paytaxt təmsilçisi dəymiş zərərə uyğun olaraq “Simurq” un təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
“Qarabağ”la oyunun 67-ci dəqiqəsində “Rəvan”ın meydandan qovulan futbolçusu Miloş Adamoviç 1 oyunluq cəzalandırılıb və 200 manat cərimələnib.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında isə komandalar ümumilikdə 7000 manat cərimə edilib. Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün tərəflər hərəyə 1000 manat ödəməli olacaq. Oyunun 89-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Vanderson Skarduelli birbaşa qırmızı vərəqə alıb. Bu, legionerə 3 oyunluq cəza və klubuna 3000 manata başa gəlib. Qarşılaşmanın 88-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ziyana düşüb.
“Neftçi” və “İnter” arasında turun mərkəzi oyununun 1-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitələr atıldığı üçün “ağ-qaralar” 2000 manat xərcə düşüb.

0
0