Tanınmış almaniyalı futbolçu karyerasını bitirdi
26.02.2013 - 21:15
Tanınmış almaniyalı yarımmüdafiəçi Torsten Frinqs peşəkar futbolçu karyerasını başa vurduğunu bildirib. Apasport.az saytının məlumatına görə, bu haqda, son olaraq Kanadanın “Toronto” komandasının şərəfini qoruyan 36 yaşlı oyunçu klubun rəsmi saytına açıqlama verib.
O, zədədən əziyyət çəkdiyi üçün bu qərara gəldiyini ifadə edib: “Mövsümün əvvəlində aldığım zədənin bərpası gözləniləndən uzun vaxt oldu. Burada olduğum müddətdə komandam üçün həmişə ən yaxşısını istədim və ən yaxşısını etməyə çalışdım. Torontoda yaşamaqdan və “Toronto” klubunda oynamaqdan böyük ləzzət aldım”.
Qeyd edək ki, “Verder”, Dortmund “Borussiya”sı və “Bavariya” kimi klublarda çıxış edən Frinqs “Toronto”ya 2011-ci ildə transfer olunub. O, burada 46 matçda forma geyinib və 2 qola imza atıb.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0