“Real” finalda
27.02.2013 - 01:55
“Real” finalda
İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasının oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir görüş baş tutub.

“Barselona” “Nou Kamp” stadionunda “Real”la münasibətlərinə aydınlıq gətirib. İlk “El klassiko”da Madriddə keçirilən görüşdə tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdır. Bu hesab da Kataloniya klubu üçün böyük üstünlüklərdən biri idi. Lakin ev sahibləri doğma azarkeşləri önündə biabır olub.

Belə ki, ilk dəqiqələrdən hücuma atılan “Kral klubu” istəyinə 13-cü dəqiqədə nail olub. Hesabı açan Ronaldo ikinci yarıda “Barsa”nı daha bir dəfə cəzalandırıb. “Barselona” qapısından buraxdığı qolların əvəzini çıxmaq əvəzinə, növbəti dəfə mərkəzdən başlamağa məcbur olunub. Bu dəfə “Santyaqo Bernabeu”da “Real”ı məğlubiyyətdən xilas edən Varan fərqlənib. Amma buna baxmayaraq “Barselona” 89-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Bununla belə son La Liqanın son qalibi doğma publika önündə fiaskoya uğrayıb.

Beləliklə, kataloniyalıları 3:1 hesabı ilə məğlub edən “Real” finala vəsiqə qazanıb.

Qeyd edək ki, həlledici mərhələdə “Real”ın rəqibi bu gün keçiriləcək “Sevilya” - “Atletiko” matçından sonra məlum olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

İspaniya Kral kuboku

Yarımfinal mərhələsi (cavab oyunu)

26 fevral

“Barselona” - “Real” - 1:3
Alba, 89 - Ronaldo, 13; 57, Varan, 68
(ilk oyun - 1:1)

27 fevral

“Sevilya” - “Atletiko”
(ilk oyun - 1:2)