Bekhem “Marsel”ə qarşı matçda meydana ilk “11-lik”də çıxacaq
27.02.2013 - 06:00
İngiltərə milli komandasının sabiq və PSJ-nın yarımmüdafiəçisi Devid Bekhem Fransa Kubokunun 1/8 final mərhələsində “Marsel”lə qarşılaşmada meydana start heyətdə çıxacaq. Apasport.az saytının məlumatına görə, bunu Paris təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin özü bildirib.
İtaliyalı çalışdırıcı matçdan öncə təşkil edilən mətbuat konfransında Bekhem haqda xoş sözlər deyib: “Soruşursunuz ki, Bekhem cərimə zərbələrini yerinə yetirə biləcəkmi? O, bunu əvvəl də yüksək səviyyədə bacarırdı, indi də. Bekhem istənilən bütün matçın taleyini dəyişə bilər”.
Qeyd edək ki, PSJ - “Marsel” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:55-də başlanacaq.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0