“Sevilya”nın futbolçusu “Anji”də
27.02.2013 - 07:25
Heyətində bir çox məşhur futbolçular çıxış edən “Anji” daha bir oyunçu ilə də anlaşıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi “Sevilya”nın müdafiəçisi Emir Spahiçlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bosniyalı futbolçu mövsüm başa çatana qədər “Anji”nin heyətində icarə əsasında çıxış edəcək. Mahaçqalalılar 32 yaşlı oyunçunun icarəsinə görə, İspaniya klubuna 2,3 milyon avro ödəyəcəklər və istənilən vaxt isə futbolçunu 1,5 milyon avroya transfer edəcəklər.
Qeyd edək ki, 2011-ci ildən “Sevilya”da çıxış edən Emir Spahiç 44 matçda forma geyinib və 1 qola imza atıb.

0
0