“Qarabağ” sabah Opara ilə müqavilə bağlayacaq
27.02.2013 - 10:51
“Qarabağ” Branimir Subaşiçin zədələnməsi səbəbindən hücum xəttində problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu boşluğu “Xəzər Lənkəran”ın sabiq forvardı Emeka Opara ilə doldurmaq fikrindədir.
Saytımıza açıqlama verən “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl 28 yaşlı nigeriyalı futbolçunun çıxış etdiyi Küveytin “Əl-Naser” klubu ilə məsələsini yoluna qoyduğunu bildirib.
“Opara Azərbaycana viza açdırmaqla bağlı problemlə üzləşmişdi. Artıq bu məsələ də yoluna qoyulub. Opara sabah Bakıya gələcək. Onunla elə həmin gün müqavilə bağlayacağıq. Küveyt klubundan transfer vərəqini aldığından, bizə sərbəst futbolçu kimi keçəcək. Müqaviləsinin müddəti isə “6 ay + 1 il” şərti ilə olacaq” – deyə Çəlikəl bildirib.
Qeyd edək ki, Opara ilk dəfə 2009-cu ildə Ağasəlim Mircavadovun dönəmində ölkəmizə gəlmişdi. Onun “Xəzər Lənkəran” karyerası Cüneyt Biçərin vaxtında - 2011/12 mövsümünün qış fasiləsində başa çatmışdı. Cənub klubu Oparanın komandadan ayrılmasını onun ailəvi problemləri ilə əlaqələndirmişdi.
Səbuhi TOFİQOĞLU

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0